Keçmiş məhkum bu dəfə KÜLLİ MİQDARDA HEROİNLƏ TUTULDU
05 iyun 2021 12:04 (UTC +04:00)

Keçmiş məhkum bu dəfə KÜLLİ MİQDARDA HEROİNLƏ TUTULDU

Lənkəran sakininin üzərindən 1 kiloqramdan artıq heroin aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Əskərov saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı əlindəki sellofan torbadan 1 kiloqram 455 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1287
avatar

Oxşar yazılar