Kamran Əliyev 2 prokuroru YOLA SALDI
29 may 2024 17:07 (UTC +04:00)

Kamran Əliyev 2 prokuroru YOLA SALDI

Baş Prokurorluqda 2 prokurorun işinə xitam verilib.

Bu barədə Lent.az-a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, baş prokuror Kamran Əliyev bununla bağlı mayın 29-da Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Fikrət Mahmudov vər ayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Kamran Əhmədovu qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar qəbul edib.

Görüşdə rəhbər işçilər də iştirak ediblər. Onların fəaliyyətinə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatmaları ilə xitam verilib.

Görüşdə Baş prokuror tərəfindən prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə onlara “Prokurorluğun fəxri işçisi” döş nişanı və Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanını təqdim edilib.

  Daha sonra tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və xatirə şəkli çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7469

Oxşar yazılar

İsmayıllıda avtomobil qəzası - bir nəfər ölüb...

İsmayıllıda avtomobil qəzası - bir nəfər ölüb...

1 aprel 2025 , 13:08
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanıldı

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanıldı

1 aprel 2025 , 11:48
Mingəçevirdə evdən qadın meyiti   tapıldı

Mingəçevirdə evdən qadın meyiti tapıldı

1 aprel 2025 , 11:38
Bakıda 27 yaşlı oğlan  özünü öldürdü

Bakıda 27 yaşlı oğlan özünü öldürdü

1 aprel 2025 , 10:59
Sumqayıt-Bakı qatarı adam vurdu

Sumqayıt-Bakı qatarı adam vurdu

1 aprel 2025 , 10:50
Şəmkirdə su kanalından  meyit tapıldı

Şəmkirdə su kanalından meyit tapıldı

1 aprel 2025 , 10:33
Şirvanda qəbiristanlıqdan  oğurluq edənlər saxlanıldı

Şirvanda qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı

1 aprel 2025 , 10:32
Bayram günlərində 501 yanğın oldu  -VİDEO

Bayram günlərində 501 yanğın oldu -VİDEO

1 aprel 2025 , 09:54