“Jiquli” və “Mercedes” toqquşdu: 1 ÖLÜ, 1 YARALI   -FOTO
03 dekabr 2022 20:38 (UTC +04:00)

“Jiquli” və “Mercedes” toqquşdu: 1 ÖLÜ, 1 YARALI  -FOTO

Bərdədə iki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri ölüb, biri yaralanıb. 

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Hindarx-Borsunlu yolunun  rayonun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı avtomobilin qarşısına "VAZ-21011” markalı avtomobil çıxıb. Nəticədə VAZ markalı avtomobilin sürücüsü, 70 yaşlı Məmmədov Cavanşir Məstan oğlu hadisə yerində həyatını itirib. "Mercedes"in sürücüsü, 45 yaşlı  Qarayev Nürəddin isə bədən xəsarətləri ilə Bərdə Mərkəzi Diaqnostika şöbəsinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır. 
 

# 1992
avatar

Oxşar yazılar