İtkin düşən 10 nəfər  tapıldı
01 iyun 2024 12:35 (UTC +04:00)

İtkin düşən 10 nəfər tapıldı

Mayın 31 -də polis itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 13-də Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 31 yaşlı qadın, mayın 7-də Qusar rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 17 yaşlı oğlan, mayın 14-də Gədəbəy rayonunun Maarif kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi, mayın 17-də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 20 yaşlı qız, mayın 24-də Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 24 yaşlı oğlan, mayın 25-də Xətai rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 39 yaşlı kişi, mayın 27-də Saatlı rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 31 yaşlı kişi, mayın 29-da Binəqədi rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 35 yaşlı kişi, mayın 29-da Zaqatala rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 37 yaşlı qadın, mayın 29-da Şəmkir rayonunun  Abbaslı kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 43 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1761
avatar

Oxşar yazılar