İstixanada yetişdirilən narkotiklər
18 may 2021 12:02 (UTC +04:00)

İstixanada yetişdirilən narkotiklər

İstixanada narkotik əkdi - FOTOLENT

İstixanada narkotik yetişdirən Şəmkir sakini saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaracaəmirli kənd sakini Nicat Hüseynova məxsus, fərdi yaşayış evinin həyətyanı sahəsindəki istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanıb.

İstixanaya baxış zamanı oradan 31 ədəd, ümumi çəkisi 14 kiloqram 850 qram olan, çətənə kolu aşkar olunub. Bundan başqa, N. Hüseynovun yaşadığı fərdi yaşayəş evinə baxış zamanı yardımçı tikilidən qurudulması üçün sərilmiş, 30 ədəd, ümumi çəkisi 3 kiloqram 750 qram olan çətənə kolu götürülüb.

Maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi məqsədi ilə becərdiyini bildirsə də, digər xüsusatlar da istisna edilmir.

Faktla rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

# 1371
avatar

Mehman Nəbiyev

Oxşar yazılar