İstirahət günləri yollarda 4 nəfər öldü
15 noyabr 2021 09:36 (UTC +04:00)

İstirahət günləri yollarda 4 nəfər öldü

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 68 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 23 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 72 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 33 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140
avatar

Mehman Nəbiyev

Oxşar yazılar