İstintaq Elgünün ölümünə qədər qeydə alınmış kamera görüntülərinə baxıb - RƏSMİ
20 may 2025 12:24 (UTC +04:00)

İstintaq Elgünün ölümünə qədər qeydə alınmış kamera görüntülərinə baxıb - RƏSMİ

Elgünün ölümünə qədər qeydə alınmış bütün kamera görüntüləri istintaq tərəfindən götürülüb. 

Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuroru Sabir Musayev deyib. 

Onun sözlərinə görə, hadisənin bütün halları, səbəbləri və mexanizmi tam, hərtərəfli və obyektiv şəkildə araşdırılması məqsədilə zəruri ekspertizalar təyin edilib:

“Elgünün ölümü ilə bağlı cinayət işi başlandıqdan sonra ibtidai araşdırmanın gedişində hadisə yerinə ilkin və təkrar baxışlar keçirilib. Mərhumun meyiti xarici və daxili müayinələrdən keçirilib. Mərhumun meyitindən, o cümlədən hadisə yerindən müəyyən nümunələr götürülüb. Həmin nümunələr üzrə çoxsaylı ekspertizalar təyin edilərək aidiyyəti üzrə göndərilib. Hadisə yerinə yaxın intervalda yerləşən ictimai iaşə obyektlərində quraşdırılmış müşahidə kameralarından və təhlükəsiz şəhər kameralarından müəyyən görüntülər götürülüb və həmin görüntülərə baxış keçirilib. 

Bundan başqa, mərhumun yaxın münasibətdə olduğu şəxslərin dairəsi müəyyənləşdirilib. İş və məktəb yoldaşları, o cümlədən yaxınları, dostları, qohumları və digər şəxslər şahid qismində istintaqa cəlb edilərək onların da dindirilməsi təmin edilib. Eyni zamanda hadisə barəsində əlavə məlumatların əldə edilməsi, mövcud məlumatların yoxlanılması və dəqiqləşdirilməsi istiqamətində əməliyyat qurumlarına da çoxsaylı əməliyyat tapşırıqları və sorğuları verilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1768

Oxşar yazılar

Bakıda məktəbli qız itkin düşdü

Bakıda məktəbli qız itkin düşdü

20 may 2025 , 15:53
Bakıda kişini maşın vurub öldürdü

Bakıda kişini maşın vurub öldürdü

20 may 2025 , 15:52
Yol polisi 9 yaşlı  sürücünü QOVDU

Yol polisi 9 yaşlı sürücünü QOVDU

20 may 2025 , 15:24
"Bandotdel"dən SİLSİLƏ ƏMƏLİYYATLAR:  həbs olunanlar var - VİDEO

"Bandotdel"dən SİLSİLƏ ƏMƏLİYYATLAR: həbs olunanlar var - VİDEO

20 may 2025 , 14:47
Göyçayda gənc oğlanın meyiti tapıldı

Göyçayda gənc oğlanın meyiti tapıldı

20 may 2025 , 14:42
Ana bətnindəki körpəni  öldürüb meyiti gizlətdi - VİDEO

Ana bətnindəki körpəni öldürüb meyiti gizlətdi - VİDEO

20 may 2025 , 14:14
Şəmkirdə gənc oğlanın meyiti tapıldı

Şəmkirdə gənc oğlanın meyiti tapıldı

20 may 2025 , 13:46
Sumqayıtda zavodda PARTLAYIŞ:  5 yaralı - YENİLƏNİB

Sumqayıtda zavodda PARTLAYIŞ: 5 yaralı - YENİLƏNİB

20 may 2025 , 13:45