Tapılan narkotiklər
06 sentyabr 2022 13:41 (UTC +04:00)

Tapılan narkotiklər

İranla sərhəddə narkotik gizlədənlər tutuldu

İranla sərhəddə külli miqdarda narkotik aşkarlanıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 3-də saat 13:48-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, xidməti ərazi qapadılıb. Sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq 2 nəfərə məxsus ayaq izləri aşkarlanıb, yerli hüquq-mühafizə orqanları məlumatlandırılaraq sərhəd axtarışına başlanılıb.

Keçirilmiş tədbirlər nəticəsində sərhədboyu ərazidə dərə boşluğunda gizlədilmiş 2 ədəd bağlamada təxmini çəkisi 20 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə (marixuana) və 710 ədəd psixotrop tərkibli həblər (metadon-40)  aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilmiş narkotik vasitəni dövlət sərhədindən keçirməyə cəhd göstərən Yardımlı rayon Zevin kənd sakinləri 30 yaşlı Məmişov Elmir Simran oğlu və 42 yaşlı Beybudov Zaur Cəlayir oğlu müəyyən edilərək saxlanılıblar.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

# 2484
avatar

Mehman Nəbiyev

Oxşar yazılar