İranla sərhəddə ATIŞMA:  saxlanılan var - FOTO
18 may 2022 13:15 (UTC +04:00)

İranla sərhəddə ATIŞMA: saxlanılan var - FOTO

Dövlət Sərhəd Xidmətinin “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 106 kiloqram 495 qram narkotik vasitəyə bənzər maddələrin və 4000 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Qurumun mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, mayın 12-də saat 0:30-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.

Həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə kolluqların arasında gizlədilmiş 1 ədəd qara rəngli bağlamanın içərisində təxmini çəkisi 9 kiloqram 400 qram narkotik vasitə “marixuana”ya bənzər maddələr aşkar olunaraq götürülüb.

Mayın 15-də saat 2:20-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Abasallı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 4 nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­­­dılaraq, sərhəd pozucularının təqibinə başlanılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq relyefin mürəkkəb, ərazinin sıx kolluq olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıblar.

Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamanın içərisində ümumi çəkisi 79 kiloqram 595 qram narkotik vasitəyə (45 kq 580 qr “heroin”, 27 kq 940 qr “marixuana”, 3 kq 665 qr “metamfetamin”, 2 kq 410 qr “tiryək”) bənzər maddələr və psixotrop tərkibli 4000 ədəd “metadon-40”  həbləri aşkar olunaraq götürülüb.

Mayın 17-də saat 1:40-da “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Alçabulaq kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, xidməti itlər cəlb edilməklə sərhəd pozucularının axtarışı həyata keçirilmiş, hadisə yeri və yaxın ərazilər nəzarətə götürülüb.

Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, cinayətkarlar əmrə tabe olmayaraq silahlı müqa­vimət göstərmiş və avtomat silahdan atəş açaraq sərhədçilərin həyatına qəsdə cəhd ediblər.

Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq ərazinin sıx meşəlik, dağlıq və hava şəraitinin qaranlıq olmasından istifadə edərək geri İran ərazisinə qaçıblar.

Ərazidə aparılmış axtarış tədbirləri zamanı qaçaqmalçılar tərəfindən atılmış 3 ədəd bağlamanın içərisində ümumi çəkisi 17 kiloqram 500 qram narkotik vasitə “marixuana”yabənzər maddələr, 1 ədəd atışa hazır vəziyyətdə olan AKM-74 markalı silah, 20 ədəd patron, 1 ədəd gecəgörmə cihazı və 40 qutu “KENT” markalı siqaret aşkar olunaraq götürülüb.

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hadisə yerinə yaxın ərazidə 1 nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılıb, hal-hazırda şəxsiyyəti müəyyənləşdirilir.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3348
avatar

Mehman Nəbiyev

Oxşar yazılar