İrandan gələn vaqonlarda bu da tapıldı -  FOTO
15 mart 2021 11:21 (UTC +04:00)

İrandan gələn vaqonlarda bu da tapıldı - FOTO

Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, İrandan ölkəmizə daxil olan yük vaqonları "Astara Dəmir Yolu" gömrük postunda saxlanılıb.

Vaqonlara gömrük baxışı keçirilərkən yük platformasının ön hissəsinin sol alt tərəfində ağ rəngli sellofan paketdə 1 ədəd bağlama aşkar edilib.

Yoxlama zamanı bağlamanın içərisində olan 3 ədəd bükümdə üzərində "M40" nişanəsi olan 200 ədəd metadon adlı həb və ümumi çəkisi 97 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı" na daxildir.

Faktla bağlı araşdırma aparılır.

# 2604
avatar

Mehman Nəbiyev

Oxşar yazılar