Gömrükdə ələ keçirilən narkotiklər
06 may 2021 16:15 (UTC +04:00)

Gömrükdə ələ keçirilən narkotiklər

İrandan gələn daha bir maşında narkotik tapıldı - FOTO

İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Gürcüstana gedən "Iveco" markalı yük avtomobili saxlanılıb və gömrük nəzarətinə cəlb edilib.

Sürücü idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını bildirib. Lakin avtomobil yoxlanılarkən kinoloji xidməti it yük maşınının kabininin ətraflarına reaksiya verib.

Yoxlama zamanı avtomobilin kabininin alt hisssəsindəki boşluqdan bir ədəd qara rəngli parça bağlama və həmin bağlamada, ümumilikdə 210 ml həcmində maye halında metadon məhlulu, 198 ədəd həb tramadol, 23,304 qram narkotik vasitə-tiryək aşkar edilib.

Xatıraladaq ki, "tramadol" Azərbaycanda "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na, "metadon" adlı məhlul isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

# 1479
avatar

Mehman Nəbiyev

Oxşar yazılar