"Instagram quldurları"nın  işində YENİLİK - Hakimlər axtarış qərarı verdi - YENİLƏNİB
07 yanvar 2025 11:48 (UTC +04:00)

"Instagram quldurları"nın işində YENİLİK - Hakimlər axtarış qərarı verdi - YENİLƏNİB

Instagramda qız adı ilə kişilərlə tanış olaraq onlara qarşı quldurluq etməkdə təqsirləndirilən Məmixan Məmmədov, Sadiq Əzizov və Sultanə Həsrətovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov vəsatət qaldıraraq təqsirləndirilən şəxslərdən biri olan Sultanə Həsrətovanın dəfələrlə prosesdən yayındığı üçün məhkəmə zalından həbs edilərək barəsində axtarış elan edilməsini təklif edib.

Məmixan Məmmədovun vəkili Toğrul Rzayev bildirib ki, təqsirləndirilən şəxs Sultanə Həsrətova dəfələrlə proseslərə gəlmir və açıq şəkildə məhkəməyə hörmətsizlik edir.

Məhkəmə qısa müşavirədən sonra dövlət ittihamçısının vəsatətini təmin edib.

Qərara əsasən, Sultanə Həsrətova barəsində olan ev dustaqlığı qətimkan tədbiri həbs-qətimkan tədbiri ilə dəyişdirilib və barəsində axtarış elan edilib. 

Məhkəmənin növbəti iclası fevralın 11-nə təyin olunub.

İstintaqla müəyyən edilib ki, Məmixan Məmmədov tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Sadiq Əzizov və qeyri-rəsmi ər-arvad münasibətində birlikdə yaşadığı Sultanə Həsrətova ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə giriblər.

Məqsəd Sultanǝ Həsrətovanın müxtəlif vətəndaşlarla sosial şəbəkə vasitəsi ilə tanış olub yaşadıqları evə dəvət etmək, Məmixan Məmmədov və Sadiq Əzizovun sonradan evə daxil olaraq həmin şəxslərin əmlaklarını quldurluq yolu ilə ələ keçirib öz aralarında bölmək olub.

Bu ilin fevralın 10-da Məmixan Məmmədov və Sadiq Əzizov "İnstagram" sosial şəbəkəsində özlərini "Fatimə" adı ilə təqdim edərək Vüsal Zeynalov adlı şəxslə tanış olublar. Onlar iş üzrə zərərçəkmiş olan Vüsalı "Sevgililər günü" yəni fevral 14-də kirayə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə dəvət ediblər.

İttiham aktında göstərilib ki, qrupun üzvü olan Sultanǝ Həsrətova Vüsal Zeynalovu qarşılayaraq həmin evə gətirdikdən sonra əvvəlcədən əldə edilmiş razılığa görə Məmixan Məmmədov və Sadiq Əzizov otağa daxil olaraq Məmixan Məmmədov özünü Sultanǝ Həsrətovanın əri kimi təqdim edib. Guya qısqanclıq zəminində Vüsal Zeynalovun Sultanǝ Həsrətova ilə mesajlaşmasını bəhanə gətirməklə ona yumruq təpik zərbələri ilə vuraraq xəsarətlər yetirib. Sadiq Əzizov isə əlində olan silah qismində istifadə etdiyi dəmir boru ilə Vüsal Zeynalovu vuraraq yüngül dərəcəli bədən xəsarətləri yetirib.

Daha sonra Məmixan və Sadiq zərərçəkmişin smart qol saatını götürüblər, eyni zamanda Vüsalın pul kartından 999 manat, digər kart hesabından isə 196 manat pulu özlərinə göndərərək ümumilikdə 1.455 manat məbləğində ziyan vurublar.

Təqsirləndirilən şəxslərin hər üçü onlara qarşı elan edilən ittihamla özlərini təqsirli bilməyiblər.

Qeyd edək ki, Məmixan Məmmədova və Sultanə Həsrətovaya qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və Sadiq Əzizova isə 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4713
avatar

Orxan Rasifoğlu

Oxşar yazılar

Bakıda evinin sökülməsinə etiraz edən xanım özünü binadan atmaq istəyir

Bakıda evinin sökülməsinə etiraz edən xanım özünü binadan atmaq istəyir

8 yanvar 2025 , 12:48
Baş Prokurorluqda YENİ TƏYİNATLAR

Baş Prokurorluqda YENİ TƏYİNATLAR

8 yanvar 2025 , 12:46
Zaqatalada daha bir DOĞUŞ FACİƏSİ:  körpə öldü

Zaqatalada daha bir DOĞUŞ FACİƏSİ: körpə öldü

8 yanvar 2025 , 12:35
Tiktoker "Nurdan" həbs edildi

Tiktoker "Nurdan" həbs edildi

8 yanvar 2025 , 12:22
Bakıda qadın evi talan etdi

Bakıda qadın evi talan etdi

8 yanvar 2025 , 12:09
Bakıda marketə girib görün nə oğurladı

Bakıda marketə girib görün nə oğurladı

8 yanvar 2025 , 11:43
2 min manata avtomat satırdı – HƏBS OLUNDU  -VİDEO

2 min manata avtomat satırdı – HƏBS OLUNDU -VİDEO

8 yanvar 2025 , 11:04
Masallıda 27 yaşlı oğlan sübh tezdən  özünü asdı

Masallıda 27 yaşlı oğlan sübh tezdən özünü asdı

8 yanvar 2025 , 11:04