İnsanları pul ilə işə düzəldən direktordan YENİ XƏBƏR  -FOTO
08 sentyabr 2021 09:17 (UTC +04:00)

İnsanları pul ilə işə düzəldən direktordan YENİ XƏBƏR -FOTO

Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 saylı tam orta məktəbin sabiq direktoru Samirə Əkbərovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Abşeron rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, aparılmış istintaqla müəyyən edilib ki, Samirə Əkbərova həmin məktəbin direktoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək Təhsil Nazirliyinin işə qəbulla bağlı müəyyən edilmiş qaydalarından kənar ayrı-ayrı vətəndaşlara onların həm özününün direktoru olduğu orta məktəbə, həm də digər təhsil müəssisələrinə xeyli miqdarda pul müqabilində müəllim, kitabxana müdiri və sair vəzifələrə düzəldəcəyi barədə yalan vədlər verib aldadaraq, həmin vətəndaşların 30 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Samirə Əkbərovaya Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (xeyli miqdarda dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

# 1785
avatar

Mehman Nəbiyev

Oxşar yazılar