İnsan ürəyi yeyən  müharibədən kəndinə qayıtdı
23 sentyabr 2024 14:54 (UTC +04:00)

İnsan ürəyi yeyən müharibədən kəndinə qayıtdı

Volqoqrad vilayətinin sakini, insan ürəyi yeyən və bu və digər cinayətlərə görə məhkum olunmuş Dmitri Malışev Ukraynadakı müharibdən qayıdıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Raxinski kənd qəsəbəsinin başçısı təsdiqləyib ki, Malışev Volqoqrad yaxınlığındakı doğulduğu Raxinka kəndindədir. Adamyeyən Ukraynadakı müharibədən yaralanması səbəbindən qayıdıb.

“O da ilin əvvəlində də yaralanması səbəbindən gəlmişdi, lakin sonra geri qayıtdı. Onunla şəxsən danışdım. Çənəsində problem, əlində qəlpə var. Deyəsən, sağalır. Dünən onu mağazada görüb salam verdim. Mənə dediyi kimi, indi müalicəsini başa vurub müharibəyə qayıdacaq”, - məmur açıqlama verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1482
avatar

Oxşar yazılar