İki qardaş birləşib bir kişini döydülər, ƏTRAFA DƏHŞƏT SAÇDI
29 iyul 2022 14:05 (UTC +04:00)

İki qardaş birləşib bir kişini döydülər, ƏTRAFA DƏHŞƏT SAÇDI

Xaçmaz Rayon Polis Şöbəsinə iyulun 28-də saat 18 radələrində Xanlıqoba kəndi ərazisində 2 nəfərin xuliqanlıq zəminində kənd sakini F.Nəcəfovu döymələri və tüfəngdən havaya atəş açılması barədə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Xanlıqoba kənd sakini Z.Rüstəmov və qardaşı A.Rüstəmov müəyyən edilərək saxlanılıblar. Z.Rüstəmovdan qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

# 2127
avatar

Aytəkin Cəlali

Oxşar yazılar