İki piyadanı maşın vurub  ÖLDÜRDÜ
25 fevral 2022 19:52 (UTC +04:00)

İki piyadanı maşın vurub ÖLDÜRDÜ

Biləsuvar və Ağcabədidə ölümlə nəticələnən yol qəzaları baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 25-də saat 2 radələrində Biləsuvar rayonunun Bəydili kəndi ərazisində müəyyən edilməmiş avtomobillə kənd sakini Fərid Dadaşov vurulub.

Nəticədə piyada hadisə yerində ölüb.

Həmçinin fevralın 24-sə saat 20 radələrində Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində qəsəbə sakini S.Əhmədov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən həmyerlisi Kamil Fətəliyevi vurub. 

Nəticədə piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı yerli polis şöbələrində araşdırma aparılır.

# 2199
avatar

Mehman Nəbiyev

Oxşar yazılar