TƏBİB Gəncədə körpə ölümlərinə aydınlıq gətirib.
TƏBİB-dən Lent.az-a bildirilib ki, martın 8-də saat saat 12:10 radələrində 1996-cı il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
Qeyd edilib ki, hamiləliyinin 36-37-ci həftəsində olan pasiyentə ölü döl diaqnozu təyin edilib. Ona zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
Bu gün saat 06:00 radələrində isə 1997-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzinə hospitalizasiya olunub. Qeyd edilib ki, hamiləliyinin 36-cı həftəsində olan pasiyentə uşaqlıq boynunda iki çat, ağır dərəcəli preeklampsiya, lll dərəcəli posthemarragik şok, ciftin tam ayrılması və ölü döl diaqnozları təyin edilib.
Ona zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
***
saat 12.27
Gəncədə iki körpə ölümü qeydə alınıb.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında şəhər sakini 1997-ci il təvəllüdlü A.Orucova Gəncə Bbirləşmiş Xəstəxanasının Perinatal mərkəzinə ölü döl ilə daxil olub.
Həkimlərin səyi nəticəsində ananın həyatını xilas etmək mümkün olub, hazırda ananın vəziyyəti orta ağırdır.
Qeyd edək ki, bu, ananın 4-cü doğuşu olub.
Digər hadisə isə Abbas Səhhət adına Xəstəxananın doğum şöbəsində baş verib, körpəni xilas etmək mümkün olmayıb.