Sumqayıtda polisin reydi
11 avqust 2021 16:53 (UTC +04:00)

Sumqayıtda polisin reydi

İki bölgədə irimiqyaslı maska reydləri keçirildi - FOTOLENT

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının qorunması istiqamətində növbəti reydlər keçirilib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslərin aşkar edilməsi istiqamətində növbəti nəzarət-profilaktik tədbirlər zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Polislər onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Profilaktik tədbir zamanı Sumqayıt şəhər Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.

Profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həmçinin fəaliyyətinə icazə verilən iri ticarət mərkəzlərində də nəzarət-profilaktik tədbirlər keçirilib. Qapalı məkanlarda maskadan istifadə etməyən şəxslər müəyyən edilərək onlarla izahedici söhbətlər aparılıb. Xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə intizam tədbirləri görülüb.

Həmçinin profilaktik tədbirlər çərçivəsində Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə şəhər ərazisində yerləşən şadlıq saraylarında da yoxlamalar aparılıb. Yoxlamalar nəticəsində müəyyən edilib ki, bəzi hallarda müvafiq qərardan irəli gələn tələblər pozularaq toylarda icazə verilən saydan artıq qonaqlar iştirak edir, eləcə də mərasimlərə qatılan şəxslərin əksəriyyətinin vaksinasiya olunmalarını təsdiq edən COVID-19 pasportu hələ də yoxdur.

Həmçinin Saatl ırayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində yerləşən iri ticarət mərkəzlərində və digər qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi məqsədi ilə nəzarət-profilaktiki tədbirlər keçirərək, onlara COVID-19 infeksiyasının fəsadları və tibbi maskadan istifadənin zəruriliyi barədə məlumat veriblər. Obyekt sahiblərinə və sakinlərə izahedici söhbətlər zamanı mövcud qaydalara mütləq şəkildə riayət etmələrinin vacibliyi izah olunub.

Bundan əlavə rayon Polis Şöbəsinin DYP bölməsinin inspektorları sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər apararaq, marşrutlarda sıxlığın yaranmaması və sərnişinlər arasında sosial məsafənin qorunmasının təmin edilməsini tapşırıblar.

Keçirilən tədbirlər zamanı qaydaları pozan şəxslər barədə müvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3180

Oxşar yazılar

Zaqatala-Qax sərhədlində zəlzələ oldu

Zaqatala-Qax sərhədlində zəlzələ oldu

27 iyul 2025 , 11:50
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29
Ağdamdakı qəzada yaralanan 5 nəfərin  kimliyi məlum oldu - YENİLƏNİB

Ağdamdakı qəzada yaralanan 5 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB

26 iyul 2025 , 22:06
Laçında ağır qəza, 3 ölü, 1 yaralı

Laçında ağır qəza, 3 ölü, 1 yaralı

26 iyul 2025 , 21:27
Ağdam və Füzulidəki yanğınlar  tam söndürüldü

Ağdam və Füzulidəki yanğınlar tam söndürüldü

26 iyul 2025 , 20:17