İki ayda Bakı yollarında  25 nəfər   ölüb
04 mart 2024 16:49 (UTC +04:00)

İki ayda Bakı yollarında 25 nəfər ölüb

2024-cü ilin iki ayı ərzində Bakı ərazisində qeydə alınan yol-nəqliyyat hadisələri ilə bağlı statistik məlumat açıqlanıb.

Bakı şəhər Dövlət Yol Polisi  İdarəsindən Lent.az-a verilən məlumata görə, paytaxt ərazisində cari ilin yanvar və fevral aylarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 62 fakt, qəza nəticəsində ölənlərin sayı 25 nəfər, xəsarət alanların sayı isə 46 nəfər olub.

Ötən ilin müvafiq ayları ilə müqayisədə qəzaların sayı 3 fakt (4,6 faiz), ölənlərin sayı 7 nəfər (21,9 faiz), xəsarət alanların sayı isə 8 nəfər (14,8 faiz) azalıb.

# 2130
avatar

Arzu Qurbanlı

Oxşar yazılar