Masallı postu
18 dekabr 2020 13:21 (UTC +04:00)

Masallı postu

İki aktiv koronavirus xəstəsi Masallıya girə bilmədi - FOTO

Masallı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı karantin postundan şəhərə daxil olmaq istəyən 2 nəfər aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Masallı rayonunun Hacıtəpə kənd sakini M.Şükürlü və Astara rayonunun Pensər kənd sakini F.Zəkəriyayevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar Masallı şəhərinin giriş hissələrində qurulmuş stasionar postlarda müvafiq yoxlama zamanı aşkarlanaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1170
avatar

Mehman Nəbiyev

Oxşar yazılar