Qəbələdə karantinin pozulduğu toy
24 sentyabr 2021 12:15 (UTC +04:00)

Qəbələdə karantinin pozulduğu toy

Həyətində toy etmək ev sahibinə baha başa gəldi

Qəbələdə fərdi evdə keçirilən toy mərasimində karantin qaydaları pozulub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Nic qəsəbəsində Habil Əzizova məxsus evin həyətində keçirilən toy mərasimində 180 nəfərə yaxın qonağın iştirak etdiyi, eləcə də onlardan 15-nin COVID-19 pasportunun olmadığı müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy sahibi H.Əzizov inzibati məsuliyyətə cəlb olunaraq 400 manat məbləğində cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2214
avatar

Mehman Nəbiyev

Oxşar yazılar