Həbsxana əməkdaşlarını öldürən terrorçular məhv edildi - YENİLƏNİB
23 avqust 2024 19:44 (UTC +04:00)

Həbsxana əməkdaşlarını öldürən terrorçular məhv edildi - YENİLƏNİB

Rusiyanın Volqoqrad vilayətində 19 saylı cəzaçəkmə müəssisəsində baş verən insident nəticəsində Penitensiar Xidmətin 4 əməkdaşı həlak olub.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Penitensiar Xidməti (PX) açıqlama yayıb.

Açıqlamada bildirilir ki, İŞİD üzvü olduğunu bildirən dörd məhbus müəssisədə 8 əməkdaşı və 4 məhkumu girov götürüb. Girov götürülənlərdən bəziləri müqavimət göstərib.

Terrorçular dörd əməkdaşa kəsici-deşici alətlərlə müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Onlardan üçü yerində ölüb, müqavimət göstərən daha dörd əməkdaş xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanada keçinib.

Qeyd edək ki, Rusiya Qvardiyasının keçirdiyi əməliyyat nəticəsində terrorçuların dördü də məhv edilib, girovlar azad olunub.

 

***

18:40

 

Rusiya Qvardiyasının snayperləri Surovikino koloniyasının əməkdaşlarını girov götürən 4 terrorçunu zərərsizləşdirib, girovlar azad edilib.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Qvardiyasından bildirilib.

 

***

18:08

 

Xüsusi təyinatlı qüvvələr Volqoqradda 19 saylı koloniya əməliyyat keçirib, bütün girovlar azad edilib, terrorçular zərərsizləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.

Rusiya teleqram kanalları terrorçulardan birinin öldürüldüyünü, 3-nün isə yaralandığını yazıb.

***

saat 15:11

Volqoqrad vilayətində 19 saylı həbsxananın əməkdaşlarını girov götürən məhbuslarla danışıqlara Volqoqrad məscidindən molla göndəriləcək.

Lent.az xəbər verir ki, bu barədə Rusiya telegram kanalları məlumat yayıb.

Kanalın məlumatına görə, onun üçün cəzaçəkmə müəssisəsinə təxmini gediş vaxtı 1,5 saat olacaq.

***
14:54

Rusiyanın Volqoqrad vilayətində məhbuslar 19 saylı həbsxananı ələ keçirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, 4 məhbus cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüb. Girovlardan 3 nəfər ölüb.

Əməkdaşları girov götürən məhbusların İŞİD üzvləri olduğu iddia olunur. Ancaq bu məlumat araşdırılır.

Məlumata görə, üsyankar məhbuslardan biri terrorçuluq ittihamı ilə həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3864
avatar

Oxşar yazılar