Bərdədə itkin düşən qızın meyiti basdırılıbmış - TƏFƏRRÜAT  - YENİLƏNİB
03 sentyabr 2024 17:09 (UTC +04:00)

Bərdədə itkin düşən qızın meyiti basdırılıbmış - TƏFƏRRÜAT - YENİLƏNİB

Sentyabrın 3-də saat 10 radələrində Bərdə rayonunun Cəyirli kəndində yerləşən yarımtikilidə 2 gün əvvəl itkin düşmüş həmin kəndin sakini, 15 yaşlı Sevinc Abbaslının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən prokuror kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı üzərində müxtəlif xəsarət izləri aşkar edilib.

İlkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyindən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***
14:46

Bərdədə yeniyetmə qızın meyitinin tapılması ilə bağlı təfərrüat məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, qızın meyiti Cəyirli kəndi ərazisində torpağa basıdırlmış halda tapılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun meyitini torpağı qazaraq çıxarıblar.

Meyit müayinə üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib.

Hazırda faktla bağlı rayon Prokurorluğu araşdırma aparılır.

***
14:35

Bərdədə yeniyetmə qızın meyiti tapılıb.

Lent.az xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Kənd sakini, 15 yaşlı qızın meyiti kənd ərazisində aşkar edilib.

Məlum olub ki, qız iki gün əvvəl itkin düşüb./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2271
avatar

Mehman Nəbiyev

Oxşar yazılar