Sentyabrın 1-də ölkədə keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri ictimaiyyətə təqdim edilib.
Lent.az xəbər verir ki, 2021-ci ildə polis əməkdaşı ilə dalaşan sabiq deputat Eldəniz Səlimovun da yerinə deputat seçilib.
Səsvermənin nəticəsinə əsasən, 57 sayılı Xaçmaz şəhər seçki dairəsindən Ağalar İsrafil oğlu Vəliyev seçilib. Qeyd edək ki, Eldəniz Səlimovun deputat olduğu zamanda bu dairə 55 sayılı Xaçmaz şəhər seçki dairəsi adlanıb.
Xatırladaq ki, 2021-ci ilin iyulun 29-da sabiq deputat E.Səlimov Xaçmaz şəhərində yerləşən dostuna məxsus “Starıy Dvor” restoranında karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətlərə görə polis əməkdaşı Zaur Mirzəyevlə dava edib. E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilib. Məhkəmənin qərarı ilə Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Ağalar İsrafil oğlu Vəliyev