Güclü külək paytaxtda fəsadlar törətdi
09 aprel 2025 02:19 (UTC +04:00)

Güclü külək paytaxtda fəsadlar törətdi

Bakıda güclü külək ağacı kökündən qoparıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində, Nabat Aşurbəyova küçəsində qeydə alınıb.

Təbii hadisə zamanı iri gövdəli ağac kökündən qoparaq ərazidəki elektrik naqillərinə ziyan vurub.

Aşan ağac həmin küçədə parklanmış vəziyyətdə olan “Hyundai” markalı, 90 HJ 678 dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərinə düşüb.

Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Həmçinin ərazidəki yaşayış binasının eyvanı da zədələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1710

Oxşar yazılar