Gəncədə məktəbdə ölüm hadisəsi baş verib.
Lent.az-ın xəbərinə görə, hadisə Gəncə şəhəri 24 saylı tam orta məktəbdə qeydə alınıb.
Məktəbinin gözətçisi olan Z.Süleymaovun meyiti təhsil müəssisəsinin həyətində tapılıb. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Publik Huquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Müayinə zamanı Z.Süleymanovun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun qəfil ürək tutmasından öldüyü bildirilir.
Məlumata görə, 65 yaşlı kişi ürək çatışmazlığından əziyyət çəkirmiş.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Fuad Nazimoğlu