Göyçayda maşın piyadanın üstündən keçdi   -FOTOLENT  -YENİLƏNİB
19 may 2025 09:18 (UTC +04:00)

Göyçayda maşın piyadanın üstündən keçdi -FOTOLENT -YENİLƏNİB

Dünən saat 22 radələrində Göyçay şəhəri ərazisinfə Yasin Yaqubov idarə etdiyi “VAZ” markalı avtomobillə yolu keçən piyada, 1989-cu il təvəllüdlü Elman Hüseynovu vurub.

Lent.az-ın əldə etdiyi məlumata görə, piyada zərbənin təsirindən yolun əks istiqamətinə yıxılıb və hərəkətdə olan “Opel” markalı avtomobil onun üzərindən keçib.

E.Hüseynov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

 

***

18 aprel, saat 23:29

Göyçayda avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, bu gün saat 22 radələrində Göyçay şəhəri ərazisində Yasin Yaqubov idarə etdiyi “VAZ” markalı avtomobillə piyada, 1989-cu il təvəllüdlü Elman Hüseynovu vurub . Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1094

Oxşar yazılar