Göyçayda maşın kişini vurub öldürdü
29 oktyabr 2021 09:54 (UTC +04:00)

Göyçayda maşın kişini vurub öldürdü

Göyçayda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, oktyabrın 29-u saat 1 radələrində Göyçay şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Göyçay rayon sakini Nəriman Əmrahov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada Abdulla Məmmədovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən A.Məmmədov orada ölüb. 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3003
avatar

Mehman Nəbiyev

Oxşar yazılar