Aşkarlanan qanunsuz dərmanlar
06 oktyabr 2021 16:52 (UTC +04:00)

Aşkarlanan qanunsuz dərmanlar

Gömrükdə külli miqdarda qanunsuz dərman ələ keçirildi

Dərman preparatlarının qanunsuz yolla ölkəmizə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda "Mercedes-Benz" və "Man" markalı yük nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual olunublar.

Sorğu-sual zamanı vətəndaşlar idarə etdiyi nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildiriblər.

Gömrük baxışı zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 363 flakon və şprislərdə müxtəlif adlarda dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1791
avatar

Mehman Nəbiyev

Oxşar yazılar