Göldə boğulan gənc oğlanın meyiti tapıldı -  YENİLƏNİB
23 iyun 2021 18:06 (UTC +04:00)

Göldə boğulan gənc oğlanın meyiti tapıldı - YENİLƏNİB

Masallıda sututarda boğuluan 18 yaşlı gəncin meyiti tapılıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Babakücə kəndi ərazisində, süni göldə 18 yaşlı Əliyev Xəyal Kamal oğlunun batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən X.Əliyevin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

17:23

Masallıda gənc oğlan sututarda boğulub.

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə Sığdaş kənd inzibati ərazi dairəsində yerləşən Babakücə kəndində baş verib. 18 yaşlı Xəyal Kamal oğlu Əliyev kənd təsərrüfatı üçün nəzərdə tutulmuş sututarda boğulub. Hazırda FHN-in əməkdaşları ərazidə axtarış aparır.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2286
avatar

Oxşar yazılar