Ehtiyatda olan general-leytanant Rövşən Əkbərov
16 mart 2021 02:30 (UTC +04:00)

Ehtiyatda olan general-leytanant Rövşən Əkbərov

General-leytenant Rövşən Əkbərovun həbsilə bağlı ŞOK SƏBƏB - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov həbs edilib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Lent.az "qafqazinfo"a istinadən xəbər verir ki, əldə edilən məlumata görə, bir müddət əvvəl ordudan ehtiyata buraxılan Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham olunur. Bu barədə vaxtilə mətbuatda məlumatlar da yer alıb. 

Dövri mətbuatda vaxtilə yayılan məlumatlara görə, cinayət hadisəsi 19 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş verib. Məlumata görə, Rövşən Əkbərov Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib. Vaxtilə ilə mətbuatda yayılan məlumatlara görə, azərbaycanlı iş adamının ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilmişdi.

Qətlə yetirilən iş adamı Elçin Əliyev

***

15 mart, saat 23:56

General-leytenant Rövşən Əkbərov həbs edilib.

Lent.az xəbər verir ki, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onun hansı səbəbdən saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd edək ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub. / "qafqazinfo"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21231
avatar

Oxşar yazılar