Gənclərə "patı" satan narkotacir həbsdə öldü - BAKIDA
28 fevral 2023 16:04 (UTC +04:00)

Gənclərə "patı" satan narkotacir həbsdə öldü - BAKIDA

Bakıda daha bir məhkum ölüb. 

Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıda yerləşən müalicə müəssisəsində qeydə alınıb. 

Orada saxlanılan məhkum Fərman Şahmuradov dünyasını dəyişib. 

Onun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, F. Şahmuradov 2021-ci ildə gənclərə "patı" satarkən tutulub. 

# 3054
avatar

Fidan İlqar

Oxşar yazılar