Gəncədə velosipedçi  maşına çırpılıb ağır xəsarət aldı
20 aprel 2024 21:44 (UTC +04:00)

Gəncədə velosipedçi maşına çırpılıb ağır xəsarət aldı

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Şəhər sakini 2007-ci il təvəllüdlü Elcan Quliyev velosipedlə hərəkətdə olan zamam "KİA " markalı minik maşınına çırpılıb.

Qəza zamanı velosipedi idarə edən E.Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

# 2592
avatar

Oxşar yazılar