Gəncədə parkın oturacağı oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, noyabrın 22-də şəhərin Nizami rayonu Gülüstan qəsəbəsi ərazisində yerləşən parkdan 400 manat dəyərində 1 ədəd oturacaq oğurlanıb.
Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri N.Mustafayev və X.Əliyev saxlanılıblar.