Gəncədə mebel salonu, Göygöldə "Jiquli" yandı
14 fevral 2022 09:21 (UTC +04:00)

Gəncədə mebel salonu, Göygöldə "Jiquli" yandı

Gəncədə mebel salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhərin Kəpəz rayonunda ümumi sahəsi 700 m² olan fəaliyyət göstərməyən birmərtəbəli mebel salonunun lambirindən ibarət tavanı 30 m² sahədə və plastikdən ibarət arakəsməsi 3 m² sahədə yanıb. Mebel salonunun qalan hissəsi yanğından mühafizə olunub.

Həmçinin Göygöl rayonunun Hacıməlik qəsəbəsində “VAZ” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın söndürülüb.

# 1338
avatar

Mehman Nəbiyev

Oxşar yazılar