Gəncədə 15 yaşlı qız itkin düşüb.
Lent.az-ın məlumatına görə, Gəncə şəhər sakini 2007-ci il təvəllüdlü Atakişiyeva Nərmin Orxan qızı martın 31-də yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Bununla bağlı Atakişiyeva Nərgiz Gəncə ŞBPİ-nin Nizami RPİ-nə müraciət edərək qızının itkin düşdüyünü bildirib.
Faktla bağlı ŞBPİ-nin Nizami RPİ-də araşdırma aparılır.