Gənc polisin meyiti sudan çıxarıldı
05 iyun 2024 21:22 (UTC +04:00)

Gənc polisin meyiti sudan çıxarıldı

Ukraynın Odessa şəhərində dalğıclar bu yaxınlarda fırtına zamanı ölən 20 yaşlı polis əməkdaşının cəsədini dənizdən tapıblar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, cəsədin tapılması barədə Fövqəladə Hallar Dövlət Xidmətinə çərşənbə günü məlumat verilib.

Qeyd edək ki, yerli polis əməkdaşı Olesya Oleşçuk Odessaya məzuniyyətə gəlib. Dostları ilə gəzərkən qız körpünün kənarında şəkil çəkdirmək istəyib.

Hadisə şahidlərinin sözlərinə görə, qızcığazı güclü dalğa dənizə aparıb və o, üzə bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2511
avatar

Oxşar yazılar