Balakəndə qanunsz işləyən çay evi
31 yanvar 2022 14:31 (UTC +04:00)

Balakəndə qanunsz işləyən çay evi

Gecə çay içməyə getdiklərinə peşman oldular - FOTO

Balakən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı şəhər ərazisində yerləşən “Buta” çay evinin karantin rejimi qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, obyektə baxış zamanı icarədar Məhəmməd Tağıyevin kafedə olan müştərilərə xidmət göstərdiyi məlum olub. Onunla profilaktik söhbət aparılıb və qaydalara riayət etməsinin vacibliyi diqqətinə çatdırılıb.

M.Tağıyev və orada olan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) protokol tərtib olunaraq cərimələniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1923
avatar

Mehman Nəbiyev

Oxşar yazılar