Evdən külli miqdarda pul və qızıl apardı
05 aprel 2022 15:52 (UTC +04:00)

Evdən külli miqdarda pul və qızıl apardı

Sumqayıtda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, martın 11-dən 23-dək olan müddətdə şəhər ərazisindəki bir evdən 5000 dollar və qızıl-zinət əşyaları, digər evdən isə qızıl-zinət əşyaları oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş C.Qismətli saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650
avatar

Mehman Nəbiyev

Oxşar yazılar