Moskvada evdən iki kişi meyiti aşkarlanıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə sentyabrın 28-də Moskvanın şimal-qərbindəki Pyatnitskoye şossesində yerləşən mənzillərdən birində qeydə alınıb. Məlumata görə, meyitlər 29 yaşlı iki kişiyə məxsusdur.
Həmçinin 27 yaşlı ev sahibi də huşunu itirərək xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisəyə səbəb dərmandan zəhərlənmədir.