Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü axşam saatlarından etibarən noyabrın 14-ü səhər saatlarınadək Basarkeçər rayonunun Yuxarı Şorca, Zərkənd, Əzizli və Cermuk yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə və İstisu yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi, qumbaraatan və müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, eyni zamanda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd yaşayış məntəqəsi tərəfdən bölmələrimizin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə heç bir səbəb olmadan fasilələrlə intensiv atəşə tutub.
Qarşı tərəfin təxribatlarının, həmçinin döyüş mövqelərinin gücləndirilməsi məqsədilə apardıqları mühəndis işlərinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülüb.
Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur.

Ermənilər səhərədək Kəlbəcəri - ATƏŞƏ TUTUB
Oxşar yazılar

Azərbaycan Xokimcon İbronovu həbs edib ölkəsinə verdi
18 avqust 2025 , 16:10
Kamran Əliyevdən YENİ TƏYİNAT
18 avqust 2025 , 16:06
Ağdamı yandıran tutuldu
18 avqust 2025 , 15:57Atasının evindən 12 min manatlıq qızıl oğurlayan oğul tutuldu
18 avqust 2025 , 15:44
Bakıda ƏMƏLİYYAT: “Seyidə Şəhla” və dəstəsi tutuldu
18 avqust 2025 , 13:27
Sərnişinlərin həyatını təhlükəyə atan sərxoş avtobus sürücüsü həbs edildi
18 avqust 2025 , 12:16
Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən turistlərə cinayət işi açıldı - YENİLƏNİB
18 avqust 2025 , 12:10