Güllə yarasından dünyasını dəyişən əsgər Aqasi Dallakyan 2023-cü ildə Şirak vilayətinin Basen qəsəbəsindən hərbi xidmətə çağırılıb.
Lent.az-ın Ermənistan mediasına istinadla xəbərinə görə, bu barədə Basen icmasının rəhbəri Ayk Mnatsyan bildirib.
Genişləndirilmiş Axuryan icmasının rəhbəri Zaven Manukyan isə deyib ki, ilin versiya kimi onun özünü güllələyərək intihar etdiyi deyilir.
***
15:18
Oktyabrın 13-də saat 09:30-da Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Aqasi Serojeviç Dallakyanın güllə yarası ilə meyiti aşkar edilib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.