Ələsgər Məmmədli və Ruslan İzzətli həbs olundu - 4 ay - YENİLƏNİB
09 mart 2024 18:55 (UTC +04:00)

Ələsgər Məmmədli və Ruslan İzzətli həbs olundu - 4 ay - YENİLƏNİB

III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib. Ruslan İzzətli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***
18:19

“Toplum TV”-nin həmtəsisçisi, media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Ələsgər Məmmədli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin barəsində təqdimata baxılır.

***
Saat: 16:38

Ötən gün "Toplum TV” işi ilə bağlı saxlanılan və barələrində cinayət işi başlanılan media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.

Lent.az APA-ya istinadla bildirir ki, hər iki şəxslər bağlı istintaq orqanı 4 aylıq həbs qətimkan müddətinin seçilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edib.

Yaxın saatlarda hər iki şəxs məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, Ələsgər Əhmədoğlu (Məmmədli) və Ruslan İzzətli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8299

Oxşar yazılar

Xaçmazda evin həyətində kişi meyiti  tapıldı

Xaçmazda evin həyətində kişi meyiti tapıldı

3 iyun 2025 , 19:33
Daha iki tiktoker ev dustaqlığına buraxıldı

Daha iki tiktoker ev dustaqlığına buraxıldı

3 iyun 2025 , 19:31
Məşhur iş adamını şirlər yedi

Məşhur iş adamını şirlər yedi

3 iyun 2025 , 19:07
Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

Daşkəsəndə 60 yaşlı kişi işdə öldü

3 iyun 2025 , 18:17
Gəncədə stansiya işçisi qatardan yıxıldı

Gəncədə stansiya işçisi qatardan yıxıldı

3 iyun 2025 , 17:46
Naringi yeyən qadın boğulub öldü

Naringi yeyən qadın boğulub öldü

3 iyun 2025 , 17:35
DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

DTX-nın saxladığı hakerə HÖKM OXUNDU

3 iyun 2025 , 15:43
Şəmkirdə yeniyetmə epilepsiyadan  öldü

Şəmkirdə yeniyetmə epilepsiyadan öldü

3 iyun 2025 , 15:36