Yamal “Real”a keçidlə bağlı  sualı cavablandırdı
03 iyun 2025 13:44 (UTC +04:00)

Yamal “Real”a keçidlə bağlı sualı cavablandırdı

"Barselona"nın hücumçusu Lamin Yamal futbolçu karyerası haqda danışıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, istedadlı ispaniyalının dediyinə görə, o, heç bir şəraitdə “Real”a keçməzdi.

"Mən "Real"da oynayardımmı? Xeyr, bu, mümkün deyil", - Yamal deyib.

Ötən mövsüm 17 yaşlı futbolçu "Barselona"nın heyətində 55 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib. O, komanda ilə birlikdə bütün daxili kubokları - çempionluğu, İspaniya kubokunu və Superkubokunu qazanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar