ABB Qarabağ Universitetinin 50 tələbəsinə təqaüd ayıracaq
03 iyun 2025 16:13 (UTC +04:00)

ABB Qarabağ Universitetinin 50 tələbəsinə təqaüd ayıracaq

İyunun 2-də Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilib. Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Qarabağ Dirçəliş Fondunun, Təhsilin İnkişafı Fondunun, Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının, Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Forum çərçivəsində ABB ilə Təhsilin İnkişafı Fondu arasında təqaüd proqramına dair əməkdaşlıq sənədi imzalanıb. Anlaşmaya əsasən, Bank Qarabağ Universitetinin yüksək təhsil nailiyyətləri olan 50 tələbəsinə illik təqaüd verəcək.

Təqaüd 2025–2026-cı tədris ilində Qarabağ Universitetinə qəbul olunaraq burada təhsil alan gənclərə ayrılacaq.

Forum çərçivəsində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ətrafında panel müzakirələri təşkil edilib. Panel müzakirələrindən biri də Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanlarına həsr olunub.

Müzakirələrdə ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli də çıxış edib. O, Qarabağ regionunda innovasiyalar və startap ekosisteminin inkişafı üçün birgə tərəfdaşlıq əsasında görülməli olan işlər barədə danışıb. ABB-nin təcrübələrini bölüşərək Bankın bu sahədə inkişaf proseslərinə verə biləcəyi töhfələri diqqətə çatdırıb.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar