Bakıda kafedə insident olub.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu Şirin Mirzəyev küçəsində yerləşən “Sherlock Music Pub”da baş verib.
Gecəyarı müştərilə arasında dava düşüb. Sərxoş qadın digər masada əyləşən şəxsi uca səslə söyüb. Hadisə yerinə polislər gəlsə də, həmin qadın tabesizlik göstərib.
Nəticədə o, saxlanılaraq şöbəyə aparılıb. Məlum olub ki, dava salan qadın Xaçmaz rayonu Xudat şəhər sakini 38 yaşlı N. İsmayılovadır. Onun barəsində inzibati protokol tərtib edilib. Məhkəmədə ifadə verən 38 yaşlı qadın deyib ki, kişi müştərilərdən biri onun hesabını ödəmək istəyib. Bu da onu əsəbiləşdirib:
“Həmin vaxt “Sherlock” restoranında yemək yeyib, spirtli içki qəbul etmişdim. Daha sonra isə hesab üstündə dava düşdü. Belə ki, mənim hesabımı yan masada əyləşən tanımadığım şəxs ödəmək istəyirdi, mən isə bununla razılaşmadım. Nəticədə mübahisə yarandı. Sonra polis əməkdaşları məni şöbəyə gətirdi, törətdiyim əməldən peşmanam”.
Nizami Rayon Məhkəməsinin qərarı ilə N. İsmayılova inzibati qaydada 5 sutkalıq həbs edilib.