Bellinqemin qardaşı Dortmund “Borrusiya”sına keçəcək
03 iyun 2025 19:20 (UTC +04:00)

Bellinqemin qardaşı Dortmund “Borrusiya”sına keçəcək

"Sanderlend"in yarımmüdafiəçisi Cob Bellinqem çox güman ki, karyerasını Almaniyada davam etdirəcək.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu Dortmund “Borussiya”sına keçməyə qərar verib.

Qeyd olunur ki, 19 yaşlı ingilis artıq müvafiq seçimi edib və onunla maraqlanan "Ayntraxt"ı xəbərdar edib.

"Borussiya" və "Sanderlend" arasında müzakirələrin tezliklə başlayacağı gözlənilir. Bellinqemin təxmini transfer qiyməti 30 milyon avrodur.

"Sanderlend" Bellinqemi 2023-cü ilin yayında “Birminqem”dən 1,8 milyon avroya alıb. Bu mövsüm o, 43 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar