Elektriklə balıq ovlayanlar saxlanıldı - FOTO
27 mart 2023 15:46 (UTC +04:00)

Elektriklə balıq ovlayanlar saxlanıldı - FOTO

Qanunsuz balıq ovlayanlar saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində keçirilən növbəti reyd zamanı kustar üsulla hazırlanmış elektrik avadanlığı ilə qanunsuz olaraq balıq ovu ilə məşğul olan Qazax rayon sakini Maqsud Rəsulov saxlanılıb. 

Onun ovladığı 3 ədəd “şəhmayı”, 2 ədəd “daban (karas)” və 84 ədəd “xramulya” balığı, qayıq və digər elektrik avadanlıqları maddi sübut kimi götürülüb. 

Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1045 manat miqdarında zərər vurması müəyyən edilib.

Bundan başqa Su Polisinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Mingəçevir Su Anbarının Samux rayonu ərazsində olan hissəsində qanunsuz olaraq balıq ovu ilə məşğul olan Şəmkir rayon sakini Vüqar Məmmədov da saxlanılıb. Araşdırma zamanı V. Məmmədovun 40 ədəd “çapaq”, 56 ədəd “daban” balığını qanunsuz olaraq ovlaması və təbiətə 1056 manat miqdarında zərər vurması müəyyən edilib. Hər iki şəxs barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

# 1692
avatar

Arzu Qurbanlı

Oxşar yazılar