Elektrik yarımstansiyasını yandıran polis həbs olundu - VİDEO
28 iyun 2025 14:39 (UTC +04:00)

Elektrik yarımstansiyasını yandıran polis həbs olundu - VİDEO

Rusiyanın Voronej vilayətində elektrik yarımstansiyalarını yandırmaqda ittiham olunan polis əməkdaşı həbs edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, təqsirləndirilən şəxs cinayətin baş vermə şəraiti ilə bağlı dindirilib, hadisə yerində aparılan araşdırma zamanı onu təsdiqləyən ifadə verib. İstintaq yaxın vaxtlarda ittiham irəli sürməyi planlaşdırır.

Müstəntiqlər cinayətin bütün hallarını aydınlaşdırmaqda davam edirlər. 

Bir gün əvvəl Voronej vilayətinin Povorinski rayonunun Mazurka kəndində polis əməkdaşının elektrik stansiyasının transformatorunu yandırması barədə məlumat yayılıb. Bir neçə dəqiqədən sonra həmin şəxs hadisə yerində saxlanılıb. Yanğın törədənin yerli polis əməkdaşı Andrey A olduğu üzə çıxıb. Onun hərəkətləri nəticəsində 1000-dən çox insan işıqsız qalıb.

Qeyd olunur ki, hüquq-mühafizə orqanının əməkdaşı əvvəlcə Povorinski rayonunun Bayçurovo və Rojdestvenskoye kəndlərində, həmçinin Borisoqlebski rayonunun Tantsyrey qəsəbəsində təxribat törətməyə cəhd edib. Daha sonra o, saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar