Əlbir olub həmkəndlilərinin mal-qarasını apardılar -  FOTO
07 oktyabr 2021 11:02 (UTC +04:00)

Əlbir olub həmkəndlilərinin mal-qarasını apardılar - FOTO

Kürdəmirdə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayonun Sor-Sor kənd sakinləri olan iki qardaş - Elvin və Fariz Abasovlar, onların həmkəndliləri Mehman və Ülvi Qəniyevlər, eləcə də Çöhranlı kənd sakini Asim Kərimov və Qağacılı kənd sakini Ayaz Qəribov saxlanılıblar.

Dindirilmə zamanı saxlanılan şəxslər qabaqcadan əlbir olaraq qeyd edilən oğurluq hadisələrini törətdiklərini etiraf ediblər.

Faktlarla bağlı Kürdəmir rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb və ibtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1038
avatar

Mehman Nəbiyev

Oxşar yazılar